20 Yanvar-Azadlığa gedən yolun zirvəsi

Azərbaycanın özünün müstəqilliyinə doğru ilk və ən böyük addımını atdığı gündən -1990-cı il yanvarın 20-dən düz 27 il ötür. Bununla əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlər keçirildi.14.01.2017-ci il tarixində məktəbin müəllim və şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olundu.Məktəbimizdə rəsm və inşa müsabiqələri keçirildi,fotosərgilər nümayiş etdirildi.18.01.2017-ci il tarixində məktəbimizin akt zalında “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirildi.19.01.2017-ci il tarixində məktəbimizdə I dərslər 20 Yanvar faciəsinə həsr olundu.”20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” adlı tədbirdə məktəb rəhbərliyi,valideyn icması,müəllim və şagird kollektivi iştirak etdi.Tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi , həmin gecə şəhid olan vətən oğulları və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş səhnəciklər nümayiş etdirildi və şeirlər səsləndirildi. Sonda çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev tədbirdə fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim etdi və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi