Beş illik dinamika

İyunun 13-də məktəbin akt zalında 2019-2024-cü illərdə məktəbin dinamikasına həsr olunmuş tədbir keçirildi.Tədbirə qonaqlar,valideynlər,müəllimlər və müxtəlif sahələrdə yüksək nəticə göstərən şagirdlər dəvət olunmuşdu.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Məmmədovanın rəhbərliyi altında təqdim olunan bədii hissə şagirdlərimizin bir-birindən maraqlı rəqsləri,musiqi ifaları ilə yadda qaldı.Tədbirdə məktəbin informatika müəllimi Yeganə Vəliyevanın təqdimatında 

məktəbin beş illik fəaliyyətini və əldə olunan nəticələrini özündə əks etdirən video slaydlar nümayiş etdirildi.Sonda məktəbin rəhbərliyi müxtəlif sahələrdə yüksək nəticələr əldə etmiş şagird və müəllimləri "Təşəkkürnamə" və "Diplom"larla təltif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi