Son zəng

İyunun 14-də “Son zəng” tədbiri keçirildi.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Məktəbin direktoru Vələddin Nurəddinov çıxışında bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu bildirdi. Direktor vurğuladı ki, “Son zəng” gününü qalib, qüdrətli Azərbaycan Respublikasının vətəndaşları kimi qeyd edirik.Bu tədris ilində məktəbimizin xüsusi nailiyyətləri olduğunu vurğulayan direktor qürur hissi ilə bildirdi ki,bu tədris ilində iki şagirdimiz məktəbi xüsusi nümunəli attestatla bitirir.O ,məzunlara uğurlar arzulayaraq müstəqil həyatda yollarının açıq olmasını dilədi.

Daha sonra çıxış edən qonaqlar ADA Universitinin professoru Samir Rüstəmov, Xəzər RİH-nin əməkdaşı Çərkəz Tanrıverdiyev, və Xəzər RİH-nin Binə qəsəbəsi üzrə nümayəndəsi Ərəstun Əlisoy “Son zəng” münasibətilə bütün məzunları təbrik etdilər. 

Tədbirdə məzunların hazırladıqları rəqslər və ifa etdikləri musiqilər hamı tərəfindən maraqla qarşılandı.

Sonda 2023-2024-cü ilin məzunları üçün son zəng çalındı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi