Evdə təhsil alan şagirdlərimiz üçün "Məktəbdə bir gün"layihəsi

Evdə təhsil alan şagirdlərimiz üçün "Məktəbdə bir gün" layihəsi həyata keçirildi.1iyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunmuş tədbirin keçirilməsində məqsəd evdə təhsil alan şagirdləri məktəb mühiti,məktəbin laboratoriya avadanlıqları ilə tanış etmək,onların sosial mühitə adaptasiyasına kömək etmək,fiziki qüsurlarının həyatda uğur qazanmalarına maneə olmadığına inandırmaq olmuşdur.Məktəbə valideynləri ilə birlikdə dəvət olunan şagirdlərimiz məktəbdə yaradılan sərgi və guşələrlə,həmçinin laboratoriya avadanlıqları ilə tanış olmuşdurlar.

Şagirdlərimiz üçün təşkil olunan tədbir himnimizin səslənməsi və Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır.Şagirdlərin ifasında rəqslər, səhnəciklər nümayiş olunmuşdur.Məktəbimizi keçən tədris ilində bitirən məzunumuz paraolimpiyaçı,ağırlıqqaldırma üzrə dünya çempionu,əlil arabasında rəqs üzrə bir çox müsabiqələrin mükafatçısı Rəsul Zəkiyev çıxış edərək uğura gedən yolda heç bir əngəl tanımamasından ,əzmkarlıqla qarşısına qoyduğu məqsədlərə nail olmasından söz açmışdır.

 Tədbirin sonunda təşkil olunan əyləncə şagirdlərin böyük sevincinə səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi