"Məktəblilərin respublika çempionatı"nda iki qızıl medal

"Məktəblilərin respublika çempionatı”nın taekvondo idman növü üzrə final yarışları keçirilib.

 Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Açılışda çempionat haqqında məlumat verildikdən sonra həm təhsil, həm də idman elementlərini özündə əks etdirən rəqs və mahnı nömrələri nümayiş olunub. 

Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.

 Taekvondo üzrə yarışlara ölkənin müxtəlif rayon və şəhərlərindən 20 çəki dərəcəsində 200-dən artıq məktəbli idmançı qatılıb

 Sevindirici haldır ki,Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə keçirilən yarışda iki şagirdimiz uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.Belə ki,IX m sinif şagirdi İsayeva Zəhra Sadiq qızı 42 kq çəki dərəcəsində,IX s sinif şagirdi Həsənova Nurcan Elnur qızı 63 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə etmişlər.Bu münasibətlə şagirdlərimizi, onların müəllimlərini və bütünlükdə kollektivimizi təbrik edir, uğurlarımızın davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi