"Ömründən pay verənlər"

Məktəbin 3 ç sağlam təhsil sinfinin rəhbəri Səidə Şükürovanın təşkilatçılığı ilə "Ömründən pay verənlər" adlı tədbir keçirildi.Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizə, Vətənin keşiyində duran hərbçilərimizə həsr olunmuşdu. Tədbirdə şagirdlərimizin ifasında səslənən şeirlər, mahnılar, rəqslər Vətən motivləri əsasında idi. Tədbirimiz Şəhidlər xiyabanı, 2-ci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin dəfn olunduğu məkanda davam etdi. Şagirdlərimizə bir daha Vətənin müqəddəsliyi, Vətənə layiqli vətəndaş olmaq kimi müsbət insani xüsusiyyətlər aşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi