"Mənim nağıl kitabım"

Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatları, YeniSi İctimai birliyinin təşəbbüsü ilə "Mənim nağıl kitabım" adlı tədbir keçirilmişdir. Məqsəd şagirdlərdə mütaliə qabiliyyətini inkişaf etdirmək, kitaba marağı artırmaq idi. Yazıçı Məqsəd Nur tədbirin qonağı idi. Tədbirdə Yazıçı Məqsəd Nur və məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək  mütaliənin əhəmiyyətindən ,insanın nitq qabiliyyətinə,şəxsiyyət kimi formalaşmasına və dünyagörüşünə müsbət təsirindən danışdılar.Sonra uğur qazanmış insanların mütaliənin onların həyatında müsbət rolu haqqında fikirlərini özündə əks etdirən slaydlar nümayiş olundu.Tədbir şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi