Mənim nağıl kitabım

Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatları, YeniSi İctimai birliyinin təşəbbüsü ilə "Mənim nağıl kitabım" adlı tədbir keçirilmişdir. Məqsəd şagirdlərdə mütaliə qabiliyyətini inkişaf etdirmək, kitaba marağı artırmaq idi. Yazıçı Məqsəd Nur, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova tədbirin qonaqları idi. Günel xanım  kitabların onun həyatında oynadığı roldan, gələcək ixtisas seçiminə təsirindən bəhs etdi. Şagirdlərin mütaliəsi üçün məktəb kitabxanasına dünya ədəbiyyatına məxsus bədii kitablar bağışladı.
Tədbir zamanı 9a sinif şagirdi Məmmədzadə Zəhra Rasim qızı və 10c sinif şagirdi Rəhmanov Nəsir Mübariz oğlu çıxış edərək fikirlərini qonaqlarla bölüşdü .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi