Anım günü

Sentyabrın 26-sı azərbaycan - dili, ədəbiyyat müəllimi Nuranə Məmmədovanın rəhbərliyi ilə məktəbdə II Qarabağ Müharibəsi şəhidlərinin “Anım günü”-nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə II Qarabağ Müharibəsi qazisi Məmmədov Sənan Namiq oğlu, məktəbin adını daşıdığı "20 Yanvar Şəhidi" Sabir Abbasovun bacısı Nəzakət Abbasova və şair Faiq Süleymanov qonaq qismində iştiak etdilər.

Tədbir Azərbaycan respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin çıxışları, hazırladığı səhnəciklər, ifa etdiyi musiqi nömrələri dinlənilib, “44 Günlük Müharibəni” əks etdirən videoçarxlar nümayiş olunub.

Çıxış edən məktəb direktoru Vələddin Nurəddinov Vətən müharibəsi zamanı Azərbaycan xalqının zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və vətən sevgisinə şahidlik etdiyini, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdiyi 44 günlük Vətən müharibəsinin bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildiyini qeyd edib.

Sonda söz qonaqlara verilir. Onlar vətən sevgisindən və qazanılan qələbənin əhəmiyyətindən danışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi