Heydər Əliyev və təhsil

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən “Heydər Əliyev və təhsil” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, məktəb rəhbərləri, valideynlər, məktəblinin dostları və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəbimizi 11 "f" sinif şagirdi Könül Kərimli təmsil edib. Şagirdimizə uğurlarının davamını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi