Uğur əngəl tanımır

İnsan şəxsiyyətinə xas olan ən ali xüsusiyyətlərdən biri prinsipiallıq,qarşısına məqsəd qoyma və bu məqsəd uğrunda mübarizə aparma bacarığı,özünü təkmilləşdirmə istəyidir.Uğursuzluqlarının səbəbini müxtəlif amillərdə axtaran insanlardan fərqli olaraq uğur qazanmağı bacaran insanlar çətinliklərdən qorxmur,fiziki qüsurunun olması belə onları çəkindirmir,əzmlə mübarizə aparmağı bacarırlar.Bu xüsusiyyətləri özündə yüksək səviyyədə cəmləşdirən,əzmkarlığı,iradəsi ilə çoxlarına nümunə olan evdə fərdi təhsil alan şagirdimiz Aytac Həziyevadır.Aytac dəfələrlə respublika səviyyəli yarışlarda iştirak edərək uğurlu nəticələrlə hər birimizi sevindirmişdir.O,əlilliyi olan şəxslərin VI Ümumrespublika idman yarışının zona mərhələsində I yerə layiq görülmüş,"Çıxdı günəş doldu cahan nur ilə" adlı respublika uşaq yaradıcılıq festival-müsabiqəsində "Rəqs" nominasiyası üzrə ən yüksək nəticə göstərmiş,fiziki məhdudiyyətli idmançılar arasında qol güləşi üzrə ölkə kubokuna yiyələnmişdir.Bundan başqa əlil arabasında top atma üzrə idman növü olan Boccia idman oyununda III yer tutmuş ,respublika səviyyəli müxtəlif tədbirlərdə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır.

Müxtəlif idman növlərində uğurlu nəticələri ilə yanaşı Aytac dərslərində verilən tapşırıqları həvəslə,vaxtında və düzgün yerinə yetirməsi və məsuliyyətli xarakteri ilə müəllimlərinin sevimlisinə çevrilmişdir.Məktəbimizin kollektivi və rəhbərliyi də sevimli şagirdimizi qatıldığı yarışlarda həyəcanla izləyir,uğurlarını böyük qürur və sevinc hissi ilə qarşılayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi