"Şəhidlər unudulmur" adlı seminar məşğələ keçirildi

Dekabrın 17-də 5 g sinfində məktəbin tarix müəllimi Ülkər Hüseynovanın təşkilatçılığı ilə "Şəhidlər unudulmur" adlı seminar məşğələ keçirildi.Seminar zamanı Ülkər Hüseynova 20 Yanvar hadisələri haqqında geniş söhbət açaraq 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışıb. O, qeyd edib ki, 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir.Xalqımız bütün bu haqsızlıqlara baxmayaraq 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoymaqla bütün dünyaya Azərbaycan xalqının necə güclü,mübariz bir xalq olduğunu sübut etmişdir. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınmışdır.Seminar zamanı şagirdlər "Qanlı Yanvar"a həsr olunmuş şeirlər söyləmiş,rəsmlər nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi