Xüsusi təhsil sinfinin şagirdləri üçün bayram şənliyi keçirildi

Dekabrın 29-da məktəbin fiziki tərbiyə müəllimi Ülvi Əhmədovun təşəbbüsü ilə Xəzər Rayon Gənclər və İdman İdarəsi və Timland Uşaq Əyləncə Mərkəzinin birgə təşkilatçılığı  Timland Uşaq Əyləncə Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə məktəbin xüsusi təhsil sinfinin şagirdləri üçün bayram şənliyi keçirilib.
Tədbirdə məktəbin direktoru Vələddin Nurəddinov,direktor müavinləri Aytac Qurbanova və Sehran Hüseynov ,Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Timland Uşaq Əyləncə Mərkəzinin direktoru İntizam Süleymanov, Dünya Fudokan Federasiyasının rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə , fiziki tərbiyə müəllimi Ülvi Əhmədov, xüsusi sinfin müəllimləri Leyla Həsənova və Təranə Əliyeva iştirak ediblər.
Tədbirin məqsədi uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq, onlara diqqət və qayğı göstərmək, eləcə də cəmiyyətə inteqrasiyasına kömək etmək olub. Təşkil olunmuş viktorina və oyunlarda böyük həvəslə iştirak edən şagirdlərin şənlik boyu xoş əhval ruhiyyədə və sevincli olması qonaqlarda da xoş ovqat yaradıb. Sonda uşaqlara hədiyyələr paylanıb və xatirə şəkli çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi