Şəhidlərimizin valideynləri ziyarət olundu

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni illə əlaqədar məktəbimizdə təhsil almış şəhidlərimiz İman və Bəhram Məmmədovların valideynləri ziyarət olundu.Məktəbin direktoru Vələddin Nurəddinov,kimya müəllimi Əbil Hüseynov,fiziki tərbiyə müəllimi Ülvi Əhmədov və X c sinif şagirdlərinin iştirakı ilə həyata keçirilən ziyarət zamanı direktor şəhidlərimizin valideynlərinə Vətən uğrunda canından keçə biləcək qədər yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər ruhda övladlar böyütdükləri üçün təşəkkür etmişdir.Şəhidlərimizin valideynləri şagirdlərimizi böyük qürur hissi ilə qarşılayaraq övladları ilə bağlı xatirələrini onlarla paylaşmış,direktora və müəllimlərə bu cür layihələri tez-tez həyata keçirdikləri üçün təşəkkür etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi