"Mən riyaziyyatçıyam" adlı müsabiqə keçirildi

Dekabrın 23-də məktəbin fəaliyyət planına əsasən VI siniflər arasında riyaziyyat fənni üzrə "Mən riyaziyyatçıyam" adlı müsabiqə keçirildi.Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat fənninə marağının artırılması,xüsusi istedadlı şagirdlərin aşkara çıxarılması olmuşdur.Riyaziyyat fənn metodbirləşmə rəhbəri Züleyxa Rüstəmovanın təşkilatçılığı ilə keçirilən müsabiqədə şağirdlərə onların riyazi təfəkkürünü yoxlayan suallar təqdim olunmuşdur.Suallar yaradılan komissiya tərəfindən yoxlanıldıqdan sonra  VI m sinfi I yerə,VI a sinfi II yerə,VI d sinfi III yerə layiq görülmüşdür.Qalib siniflərin üzvləri Təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi