"Peşə ayı" ilə əlaqədar valideynlər üçün "Açıq qapı"günü keçirildi

Respublikamızın Peşə təmayüllü sinifləri fəaliyyət göstərən bütün məktəblərində dekabr ayı "Peşə ayı"elan olunub.Bu məqsədlə məktəblərdə 3 istiqamətdə tədbirlər həyata keçirilir.
1.Sahibkarlar,dövlət və özəl qurum nümayəndələri ilə görüş
2.Valideynlər üçün "Açıq qapı"günləri
3.Məktəbin müəllim və şagird heyəti ilə görüş

20 dekabr tarixində məktəbimizin Peşə təmayüllü siniflərinin qrup rəhbəri Yasəmən Xasıyevanın təşkilatçılığı ilə valideynlər üçün "Açıq qapı" günü keçirildi. Əvvəlcə akt zalında təşkil olunan tədbirdə Peşə təmayüllü siniflər haqqında ətraflı məlumat verilmiş,maraqlı təqdimat nümayiş olundu.Sonra valideynlər şagirdlərin təhsil aldıqları emalatxanalarda iş şəraiti və şagirdlərin hazırladıqları məhsullarla taniş oldular."Açıq qapı" gününün keçirilməsində məqsəd Peşə təmayüllü siniflərdə şagirdlərin ilkin peşələrlə tanışlığı ,onlara peşə vərdişlərinin aşılanması haqqında ətraflı məlumat vermək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi