Məktəblilər arasında keçirilən “Təhsil” beynəlxalq turniridə iki şagirdimiz medal qazandı

16-19 dekabr 2022-ci il tarixlərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş üzrə U17 beynəlxalq “Təhsil” turniri keçirilmişdir.Turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarət olmuşdur.Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Tacikistan, Qazaxıstan, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak etmişdir.Yerli və əcnəbi hakimlərin idarə etdiyi yarışın ilk iki günündə sərbəst, növbəti iki günündə isə yunan-Roma güləşi üzrə mübarizə baş tutmuşdur.

Sevindirici haldır ki, məktəbimizin şagirdləri də yarışda uğurla çıxış etmişdirlər.IX f sinif şagirdi Daşdəmirov Turan 45 kq çəki dərəcəsində çıxış edərək  gümüş medal, X sinif şagirdi Əlizadə Yusif  51 kq çəki dərəcəsində çıxış edərək bürünc medal qazanmışdır.Bu münasibətlə məktəbimizin direktoru Vələddin Nurəddinov da onları təbrik edərək uğurlarının davamlı olmasını diləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi