"Qəhrəmanlar unudulmur" adlı tədbir keçirildi

Dekabrın 16-da məktəbimizin ibtidai sinif müəllimləri Nurlanə Ramazanova və Fatma Eyyubovanın təşkilatçılığı ilə III c III ç siniflərinin iştirakı ilə "Qəhrəmanlar unudulmur"adlı tədbir keçirildi.Tədbir 44 günlük müharibədə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş məzunumuz Aslan Abbasov və  Qanlı Yanvarda düşmən ordusunun qarşısını kəsməyə səy göstərərkən şəhadətə ucalmış məktəbimizin adını daşıdığı qəhrəman Sabir Abbasovun əziz xatirəsinə həsr olunmuşdu.Tədbirdə şəhidlərimizin ailə üzvləri,məktəbin direktoru,direktor müavinləri,müəllimlər,valideynlər və şagirdlər iştirak etmişdir. Azərbaycan bayrağının səhnəyə gətirilməsi ilə başlayan tədbirdə Dövlət Himnimiz səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə hər ikisinin doğum günü dekabr ayına təsadüf edən qəhrəmanlarımızın şərəfli həyat yolunu əks etdirən videoçarx təqdim olunmuş,səhnəciklər götərilmiş,şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilmişdir.Məktəbimizin direktoru Vələddin Nurəddinov çıxışında bildirmişdir ki,Vətənimizin müstəqilliyi,torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu xalqımızın böyüklüyüdür.O,hər birimizin bu cür mərd oğulları yetişdirən analara,şəhidlərimizin ailə üzvlərinə hər zaman borclu olduğunu vurğulayaraq tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir.Şəhidlərimizin ailə üzvləri məktəb rəhbərliyinə və müəllimlərimizə bu cür tədbirləri mütəmadi olaraq keçirdiklərinə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi