"Peşə ayı" ilə əlaqədar sahibkarlar,dövlət və özəl qurum nümayəndələri ilə görüş keçirildi

Respublikamızın Peşə təmayüllü sinifləri fəaliyyət göstərən bütün məktəblərində dekabr ayı "Peşə ayı"elan olunub.Bu məqsədlə məktəblərdə 3 istiqamətdə tədbirlər həyata keçirilir.
1.Sahibkarlar,dövlət və özəl qurum nümayəndələri ilə görüş
2.Valideynlər üçün "Açıq qapı"günləri
3.Məktəbin müəllim və şagird heyəti ilə görüş

16 dekabr tarixində məktəbimizin Peşə təmayüllü siniflərinin qrup rəhbəri Yasəmən Xasıyevanın təşkilatçılığı ilə sahibkarlar, dövlət və özəl qurumların nümayəndələri ilə görüş keçirildi.Görüşdə "Urman MMC"nin sahibi Fəxrəddin Hüseynli,Azərbycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin böyük proqramçı doktorantı Əli Vəliyev,qrafik dizayner Səlmi Məhərrəmova, İstanbul Bilgi Universitetinin şəbəkə inzibatçısı Babək Kərimli ,Mern Stack Developer şirkətinin işçisi Ənvər Xalid,Azərbaycan  Kulinariya Mütəxəssislər Assosiasiyasının idarə heyətinin üzvü beynəlxalq dərəcəli hakim ,Azərbaycanda unudulmuş yeməklər üzrə mütəxəssis Əliheydər Məmmədov, Azərbaycan Kulinariya Mütəxəssislər Assosiasiyası idarə heyətinin üzvü Vüsal Talibzadə,"Validə MMC"nin müdiri Validə Həsənova,"Sevgi Hall" şirkətinin rəhbəri Fərəməz Orucov,Peşə təmayüllü sinifləri layihəsinin rəhbər əməkdaşi Jalə Bənnayeva,məktəbin direktoru,direktor müavinləri,müəllimlər,IX-XI siniflərin şagirdləri iştirak etdilər.

Gorüşdə müxtəlif maraqlı təqdimatlar və çıxışlar nümayiş olundu.Sonda nümayəndələr Peşə təmayüllü siniflərin təhsil aldıqları emalatxanalarda iş şəraiti və şagirdlərin hazırladıqları məhsullarla taniş oldular.Qonaqlara xatirə hədiyyələri təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi