"Erkən nikaha yox deyək" adlı rəsm sərgisi keçirildi

Dekabrın 13-də məktəbin təsviri incəsənət müəllimi Ağanaz Əliyevanın təşəbbüsü ilə "Erkən nikaha yox deyək" adlı rəsm sərgisi keçirildi.Sərginin keçirilməsində məqsəd şagirdləri erkən nikahın mənfi təsirləri barədə maarifləndirmək, erkən nikahın insan psixologiyasına və sağlamlığına təhlükə olması fikrini aşılamaq,həmçinin istedadlı şagirdlərin rəsmlərini nümayiş etdirməklə şagirdlərin təsviri incəsənət fənninə marağını artırmaq olmuşdur.Böyük maraqla qarşılanan sərgidə şagirdlər,müəllimlər və məktəb rəhbərliyi iştirak edərək rəsmlər barədə fikirlər bildirmiş,müzakirələr aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi