VIII sinif şagirdləri ümummilli liderimiz Heydər Əliyevi ehtiramla andılar

Dekabrın 11-də VIII a sinif şagirdləri sinif rəhbərləri İlahə Qurbanovanın təşkilatçılığı ilə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri,ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.Sinif rəhbəri İlahə Qurbanova şagirdlərə Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açaraq bildirib ki,o hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz işləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb.

Anım gününə həsr olunmuş tədbirin ikinci hissəsi dekabrın 12-də VIII a sinfində keçirilib.Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirmiş,ulu öndərin misilsiz xidmətlərini əks etdirən videotəqdimatla çıxış etmiş,slaydlar nümayiş etdirmişlər.Şəhid Dövlətzadə Cəbrayılın adını daşıyan VIII a sinfinin rəhbəri İlahə Qurbanova vurğulamışdır ki,ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu öndər illər öncə uzaqgörənliklə bildirmişdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev 17 il sonra yerinə yetirdi. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında dalğalandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi