"Uğur qazanmış məzunlarla görüş" layihəsinə start verildi

Dekabrın 1-də məktəbin fəaliyyət planına əsasən "Uğur qazanmış məzunlarla görüş" layihəsinə start verildi.Layihənin həyata keçirilməsində məqsəd məktəbin uğur qazanmış məzunları ilə şagirdlərin görüşünü təşkil edərək şagirdlərdə prinsipiallıq,özünütəkmilləşdirmə,yüksəf hədəflər uğrunda mübarizə aparma kimi keyfiyyətləri formalaşdırmaq olmuşdur.Layihə çərçivəsində ilk görüş məktəbimizdə təhsil almış Samir Rüstəmovla keçirildi.

Samir Rüstəmov bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsində, doktorantura təhsilini Kibernetika İnstitutunda, post doktorantura təhsilini isə Amerikanın nüfuzlu Corciya Texnologiya İnstitutunda almışdır.
70-dən çox elmi əsərin, 18 kitabın müəllifidir.Amerika, Estoniya, Kanada, Polşa, Böyük Britaniya, Türkiyə, Rumıniya, Qazaxıstan, Yunanistan, Rusiya, Avstriya, Malaziyada keçirilən beynəlxalq konfranslarda elmi məruzə ilə çıxış etmişdir. 
Hal-hazırda ADA Universitinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin professoru, həmçinin kompüter elmləri ixtisasının proqram direktorudur. ADA Universiteti və ABŞ-in Corc Vaşinqton Universitetinin birgə magistr proqramında Süni intellekt, Maşın öyrənmə üsulları, Kompüter linqvistikası kimi dərsləri tədris edir.

Tədbir zamanı əvvəlcə məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək Samir Rüstəmovun təhsili və əldə etdiyi uğurlar barədə şagirdlərə ətraflı məlumat verdi.Sonra Samir Rüstəmov çıxışında uğur qazanılmasında istedadla yanaşı hər bir insanın fərdi keyfiyyətlərinin müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı.O,şagirdləri süni intellekt,süni intellektin yaratdığı imkanlar barədə geniş məlumatlandırdı.Tədbir zamanı Samir Rüstəmov ona ünvanlanan sualları cavablandıraraq şagirdlərlə maraqlı diskussiya təşkil etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi