“Uşaqların əmək hüqüqları” mövzusunda təlim keçirildi

Noyabrın 30-da məktəbin akt zalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin dəstəyi ilə “Uşaqların əmək hüqüqları” mövzusunda təlim keçirildi.Təlim Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Təranə Vəliyeva tərəfindən 15 yaşı tamam olmuş şagirdlərə keçirildi.Təlimin gedişi məktəbin direktoru Vələddin Nurəddinov,"Məktəblinin Dostu" layihəsinin koordinatoru Hüseynağa Hüseynov,"Məktəblinin Dostu" layihəsinin əməkdaşları tərəfindən izlənildi.Təlim zamanı Təranə Vəliyeva uşaqların əmək hüquqları haqqında Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə şagirdləri tanış etdi.O, şagirdləri onların yaşına,sağlamlıq vəziyyətinə,ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan,mənəviyyatına təhlükə törətməyən əmək növləri barədə məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi