"Erkən nikah və narkomaniyaya yox deyək" adlı tədbir keçirildi

Noyabrın 28-də məktəbin coğrafiya müəllimi Amil Məmmədovun təşkilatçılığı ilə "Erkən nikah və narkomaniyaya yox deyək" adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru,direktor müavini ,məktəbin psixoloqları və IX-X  sinif şagirdləri iştirak etdilər.

Tədbir zamanı ilk öncə məktəbin direktoru Vələddin Nurəddiinov çıxış edərək  erkən nikah və narkomaniya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi barədə ətraflı məlumat verdi.O bu problemlərlə mübarizədə müasir yeniyetmə və gənclərin qəti mövqeyinin olmasının zəruri olduğunu qeyd edərək şagirdləri bu kimi hallarla mübarizədə aktiv olmağa səslədi.Coğrafiya müəllimi Amil Məmmədov çıxışında erkən nikah və narkomaniya barədə ətraflı söhbət açaraq bu mövzu ilə əlaqədar hazırladığı slaydları şagirdlərə təqdim etdi.O, erkən nikaha gətirib çıxaran səbəblər,erkən nikahın fəsadları,ölkələr üzrə erkən nikahın göstəriciləri barədə şagirdləri məlumatlandırdı.Dünyanın inkişaf etmiş ölkələrində erkən nikahın çox nadir hallarda rast gəlindiyini vurğulayan Amil müəllim aşağı inkişaf səviyyəsinə malik ölkələrdə erkən nikahın aktual problem olaraq qaldığını bildirdi.Tədbirdə nümayiş etdirilən videoçarxda narkomaniyanın geri dönüşü olmayan fəsadları,narkotik aludəçisinin şəxsiyyətinin deqradasiyası,,narkotiklərin qanunsuz dövriyyəsinin terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olması vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi