"Zəfər" məktəblilərarası birinci tarix olimpiadasının ilk turu keçirilmişdir

Noyabrın 26-da "Zəfər" məktəblilərarası birinci tarix olimpiadasının ilk turu keçirilmişdir.Olimpiada Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərin hərtərəfli öyrənməsinə nail olmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə keçirilmişdir.Saat 11:00-da başlayan olimpiadada VIII-X sinif şagirdləri bir saat ərzində 25 sualdan ibarət test tapşırıqlarını cavablandırmışlar.Olimpiadanın gedişi məktəbin direktoru tərəfindən izlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi