Şagirdimiz Zəhra İsayeva taekvondo üzrə Avropa çempionu oldu

 25-28 noyabr tarixlərində Maltanın Valetta şəhərində yeniyetmə taekvondoçular arasında  təşkil olunan Avropa birinciliyində məktəbimizin 8 m  sinif şagirdi İsayeva Zəhra 29 kq çəki  dərəcəsində qalib olub.
Çempionluğa gedən yolda ölkəmizin taekvondo üzrə yığma komandasının üzvü Zəhra İsayeva mübarizəyə 1/4 finaldan başlayıb. İlk döyüşündə Kipr təmsilçisi Elli Antoniounu məğlub edən şagirdimiz yarımfinalda Serbiya təmsilçisi Arijana İvanoviçlə üz-üzə gəlib. Bu dueldən də qalib ayrılan Zəhra finalda Türkiyə təmsilçisi Efe Nazlı ilə qüvvəsini sınayıb.İstedadlı şagirdimiz final görüşündə də qalib gələrək çempion tituluna yiyələnib. Bu münasibətlə şagirdimizi,məktəbimizin kollektivini,Zəhranın  ailə üzvlərini və yığma komandanın məşqçiləri Məmmədov Rəşad,  Cəfərov Vurğun eləcə də Zəhranın şəxsi məşqçisi Şahbazov Seymuru təbrik edirik,şagirdimizə gələcək yarışlarda bol-bol nailiyyətlər arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi