"Voleybol " turniri keçirildi

23-24 Noyabr tarixlərində "Məktəblinin dostu" layihəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri 117,121,149,218 və 26 nömrəli tam orta məktəblərin oğlanlardan ibarət komandaları arasında "Voleybol" turniri keçirilib..24 noyabr tarixində baş tutan final görüşü məktəbimizin direktoru Vələddin Nurəddinov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev,"Məktəblinin Dostu” layihəsinin koordinatoru Hüseynağa Hüseynov, “Məktəblinin Dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova,149 nömrəli məktəbin direktoru Rəhilə Baxşıyeva , 26 ,149 və 117 nömrəli məktəblərin direktor müavinləri və fənn müəllimləri tərəfindən izlənmişdir.

İki gün davam edən gərgin mübarizə nəticəsində 117 nömrəli məktəbin komandası I, 26 nömrəli məktəbin komandası II, 149 nömrəli məktəbin komandası III yerə layiq görülüb.Final görüşü başa çatdıqdan sonra çıxış edən qonaqlar yarışın yüksək səviyyədə təşkil olunmasına görə 117 nömrəli məktəbin rəhbərliyinə və "Məktəblinin Dostu" layihəsinin əməkdaşlarına təşəkkür etmişlər.Məktəbimizin direktoru Vələddin Nurəddinov da öz növbəsində qalib komandaları təbrik etmiş,bu kimi layihələrin davamlı olmasını diləmişdir.
Sonda məktəblilərə diplom,kubok və medallar təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi