"Hüquqlarımızı bilək" adlı tədbir keçirilib

Noyabrın 15-də məktəbin ibtidai sinif müəllimi Vüsalə Kərimovanın təşkilatçılığı ilə IV x sinfində"Hüquqlarımızı bilək" adlı sinifdaxili tədbir keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra 4 x sinfinin rəhbəri Vüsalə Kərimova çıxışında şagirdlərə uşaq hüquqları haqqında məlumat verərək bu hüquqların hər bir vətəndaş tərəfindən qorunmasının zəruriliyindən söhbət açmışdır.Daha sonra şagirdlər uşaq hüquqlarına həsr olunmuş səhnəcik nümayiş etdirmiş,şeirlər səsləndirmişlər.Tədbirdə uşaq birliyi rəhbəri Aytən Yusifova çıxış edərək şagirdlərin hüquqlarını bilməsinin önəmli olması ilə yanaşı,həmçinin onların hüquqlarının qorunmasını tələb etməyi bacarmasının vacib keyfiyyət olduğunu vurğulamışdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi