Dəyirmi masa keçirildi

Noyabrın 14-də məktəbin kitabxana müdiri Ağayeva Günayın təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində dəyirmi masa təşkil olundu.Dəyirmi masanın keçirilməsində məqsəd şagirdləri uşaq hüquqları haqqında məlumatları özündə əks etdirən vəsaitlərlə tanış etmək olmuşdur.Əvvəlcə çıxış edən kitabxanaçı Həcər Nəsirova sözügedən vəsaitlər haqqında ətraflı məlumat vermişdir.Sonra direktor müavini Ülkər Hüseynova çıxışında şagirdlərin bu vəsaitlərlə tanış olmasının və öyrəndikləri məlumatların digər sinif yoldaşları ilə paylaşılmasının zəruriliyindən söhbət açmışdır.Həmçinin şagirdlər uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar haqqında ətraflı məlumat almış,bu məsələ ətrafında geniş müzakirələr aparmışlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi