Qazimizlə görüş keçirildi

Noyabrın 7-də məktəbimizin VIII a sinif şagirdləri və sinif rəhbəri İlahə Qurbanova hazırda Hövsan qəsəbəsində yaşayan qazimiz Yunus Süleymanovla görüş keçirmişdir.Şagirdlər qazimizə dərin hörmət və ehtiram hissi bəslədiklərini bildirərək, bu gün qələbə sevinci yaşamağımızda qazilərimizin əvəzsiz xidməti olduğunu vurğulamışlar.Şagirdlərimiz həmçinin qazimizə müxtəlif suallar ünvanlamış ,qazimiz də öz növbəsində onları maraqlandıran sualları cavablandırmış,döyüş bölgəsində rastlaşdığı çətinliklərdən,qələbənin qazanılmasında şanlı ordumuzun göstərdiyi şücaətdən bəhs etmişdir.

Sonra şagirdlərimiz İkinci Fəxri Xiyabana getmiş,şəhidlərimizin məzarını ziyarət etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi