"Zəfər bayramı" adlı tədbir keçirildi

Noyabrın 5-də məktəbimizin akt zalında "Zəfər bayramı" adlı tədbir keçirildi.Tədbirdə şəhid anaları,məktəbin direktoru,direktor müavinləri,müəllimlər və şagirdlər iştirak etdilər.Tədbir Dövlət Himnimizin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Sonra şagirdlərimizin ifasında "Xudayar təsnifi" səsləndirildi.Tədbirdə şagirdlərin ifasında Zəfər Gününə həsr olunmuş şeirlər maraqla qarşılandı.4 x və 7a sinif şagirdlərinin ifasında rəqslər nümayiş etdirildikdən sonra qələbəmizə həsr olunmuş kiçik səhnəcik göstərildi.

Tədbirdə Zəfər Bayramı ilə əlaqədar keçirilən rəsm sərgisinin,esse, şeir,"Ən yaxşı əl işi" müsabiqəsinin qalibləri,həmçinin "Mənim gündəliyim" esse müsabiqəsinin qalibləri məktəb rəhbərliyi tərəfindən diplom,təşəkkürnamə və hədiyyələrlə mükafatlandırıldı.Tədbirin sonunda məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək şanlı qələbəmizdən,bu qələbənin əldə olunmasında müzəffər ordumuzun göstərdiyi şücaətdən bəhs etdi.O, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin analarının önündə baş əydiyini deyərək bildirdi ki,şəhidlər hər zaman bizim qəlbimizdə yaşayır və yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi