“Mənim gündəliyim” müsabiqəsinin qalibləri təltif olunub

Oktyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, direktorlar, müəllimlər və qalib adını qazanan məktəblərin şagirdləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik edərək hər birinə uğurlar arzulayıb. 

Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Ümumi sektorun müdiri Sevinc Rəsulova müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə və yaradıcılıqda uğurlar arzulayıblar.   

Müsabiqədə I, II və III yerə layiq görülən qaliblərə medallar təqdim olunub, xüsusi fəallığı ilə fərqlənənlər isə Tərifnamə və Təşəkkürnamə ilə təltif ediliblər.

Sevindirici haldır ki,məktəbimizin 2 şagirdi fərqlənən şagirdlərin sırasındadır.VIII a sinif şagirdləri Məmmədzadə Zəhra III yerə,İsmayılova Fatimə Təşəkkürnaməyə layiq görülüb.Məktəbimizin direktoru Vələddin Nurəddinov da şagirdlərimizi təbrik etmiş,onların Azərbaycan dili müəllimi İlahə Qurbanovaya istedadlı şagirdlərin yetişməsində göstərdiyi əməyə görə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi