Şəhidlərimiz ehtiramla yad olundu

27 oktyabr məktəbimizin məzunları İman və Bəhrəm Məmmədzadənin şəhidlik zirvəsinə ucaldığı gündür.Bu münasibətlə məktəbimizin ibtidai sinif müəllimi Aynurə Əliyevanın təşkilatçılığı ilə 4 f sinif şagirdləri Binə Şəhidlər Xiyabınına gedərək şəhidlərimizin məzarını ziyarət etmişdirlər.Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,sonra Aynurə müəllim şagirdlərinə Bəhrəm və İmanın şərəfli həyat yolu barədə məlumat vermişdir.Şagirdlər həmçinin hal-hazırda Bəhrəm və İmanın valideynlərinin yaşadığı evə getmişdirlər.Şəhidlərimizin valideynləri şagirdlərimizi böyük qürur hissi ilə qarşılayaraq övladları ilə bağlı xatirələrini onlarla paylaşmış,Aynurə müəllimə şagirdlərinin vətənpərvər ruhda yetişməsində göstərdiyi əməyə görə təşəkkür etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi