"Hüquqlarımızı öyrənək"adlı tədbir keçirildi

Oktyabrın 24-də məktəbin akt zalında uşaq birliyi rəhbəri Yusifova Aytənin təşkilatçılığı ilə "Hüquqlarımızı öyrənək" adlı maarifləndirici tədbir keçirilib.Tədbirdə məktəbin direktor müavinləri,psixoloqu,fənn müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirdə uşaq hüquqlarının yaranma tarixi,milli və beynəlxalq qanunvericilik,dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.Ölkəmizdə prezident İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda əhalininin müxtəlif qruplarının,o cümlədən uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Tədbirdə maarifləndirici video və slaydlar nümayiş olunub.Sonda uşaq hüquqları ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi