"Ekoloji maarifləndirmə işinin təşkilində məktəbin rolu"mövzusunda tədbir keçirilib

Oktyabrın 21-də məktəbimizdə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə  İctimai Birliyinin təşkilatçılığı ilə "Ekoloji maarifləndirmə işinin təşkilində məktəbin rolu" mövzusunda tədbir keçirilib.Tədbirdə"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli və digər qonaqlar, məktəbin direktoru,direktor müavini,müəllimlər,şagirdlər iştirak edib.

Tədbirdə məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.O,layihənin əhəmiyyətindən danışaraq gənc nəslin ekoloji tərbiyəsinin formalaşmasında məktəbin,ailənin və mühitin rolu ilə yanaşı,bu kimi layihələrin həyata keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə  İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki,son illər planetimizdə baş verən təbii fəlakətlər,qlobal istiləşmə,sel və daşqınlar,torpaq sürüşmələri ciddi narahatlıq yaradıb.O,ətraf mühitin qorunmasında yaşıllıqların salınmasının əhəmiyyətindən danışaraq bildirib ki,hər bir insan bitkiləri qorumağa,yaşıllıqların salınmasında fəal iştirak etməyə borcludur.

Direktor müavini Səadət Məmmədova çıxışında ekoloji problemlər,onların həlli yolları barədə məlumat verib.

Tarix müəllimi Kamal Hacıyev çıxış edərək bildirib ki,məktəblilərin təbiətlə,canlı aləmlə tanışlığı erkən yaşlarından başlamalıdır.O bu prosesdə təbiətə ekskursiyaların əhəmiyyətindən danışmış,ekoloji çirklənməyə səbəb olan hər bir hərəkətin ictimai qınağa məruz qalmasının zərurilyini vurğulamışdır.

Tədbirdə mövzuya aid maarifləndirici video və slaydlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi