Valideynlərlə görüş keçirilib

Oktyabrın 19-da 5-11-ci siniflərdə təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyinin onlayn görüşü keçirilib.Görüşün keçirilməsində məqsəd müxtəlif səbəblərdən məktəbə gələ bilməyən valideynləri məktəbdə təhsil prosesinin təşkili,şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları barədə məlumatlandırmaq olmuşdur.

Görüşdə ilk öncə məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr,şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları barədə məlumat verdi.O,şagirdlərin sosial şəbəkələrdən istifadəsində valideyn nəzarətinin zəruri olduğunu bildirərək sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı,düzgün istifadə olunmadıqda nə kimi mənfi təsirlərə yol aça biləcəyini vurğuladı.Sonra məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Aytac Qurbanova buraxılış imtahanları,fənn müsabiqələri və olimpiadalara hazırlıq prosesinin təşkili üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.Daha sonra valideynlər dinlənildi,onların sualları cavablandırıldı.Çıxış edən valideynlərin əksəriyyəti məktəb rəhbərliyindən bu cür görüşləri mütəmadi keçirmələrini xahiş etdiyi üçün məktəb rəhbərliyi növbəti  aylarda da onlayn görüşlərin müntəzəm olaraq davam edəcəyini bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi