Esse qalibləri mükafatlandırıldı

Oktyabrın 20-də Bakı şəhəri 200 nömrəli məktəb-lisey kompleksində "Məktəblinin dostu" layihəsi çərçivəsində "Məktəb həyatı"mövzusunda təşkil olunmuş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, uşaq yazıçısı Sevinc Nuruqızı, “Məktəblinin dostu” layihəsinin əməkdaşları, valideyn və şagirdlər iştirak ediblər.

Müsabiqə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin VII-VIII sinif şagirdlərini əhatə edib. Esselərin mövzusu şagirdlərin məktəb həyatını, onların sinif yoldaşlarına və müəllimlərinə münasibətlərini özündə əks etdirmişdir. Müsabiqənin yekununda təqdim olunan esselər müvafiq ekspertlər tərəfindən qiymətləndirilib və ən yaxşıları təşkil edilən komissiyanın rəyi ilə seçilərək kitab şəklində çap edilib. Müsabiqəyə ümumilikdə 150 esse qəbul edilib, 29 nəfərin essesi qalib seçilib.

Sevindirici haldır ki,məktəbimizin şagirdi Rəhmanlı Nəsir Mübariz oğlu da qalib şagirdlərin arasındadır.Bu münasibətlə məktəbin direktoru Vələddin Nurəddinov Nəsiri təbrik etmiş ,onun gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi