Bu gün məktəbdə məzunlar üçün “Son zəng” çalındı

Bu gün məktəbdə məzunlar üçün “Son zəng” çalındı. Tədbir Azərbaycan Respublikasının Dövlər Himni ilə başlandı. Çıxış üçün ilk söz məktəbin direktoru Vələddin Nurəddinova verildi. O, şagirdləri təbrik edərək gələcək işlərində uğurlar arzuladı. Daha sonra  məktəbin uzun illər direktoru olmuş Əlisa Kərimov məzunları  təbrik etdi. Direktor müavinləri 2021-2022-ci tədris ilində əldə olunan nailiyyətlərdən bəhs edərək bir sıra müəllim - şagirdləri diplom və hədiyyələrlə təltif etdilər.

 Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş olundu. Məktəbin simvolik açarı məzun Güllü Rzayeva tərəfindən X sinif şagirdi Nuran Məmmədliyə təqdim edildi.Tədbir məktəbin həyətində "Son zəng"in çalınması ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi