Fiziki əngəlli şagirdlərdən ibarət sinfin buraxılış tədbiri keçirilib

Bu gün paytaxtın Xəzər rayonunda  fiziki əngəlli uşaqların diqqət və qayğı ilə əhatə olunmaları məqsədilə dövlət qurumları tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. İyun ayının 8-də rayonun Binə qəsəbəsində yerləşən S.Abbasov adına 117 nömrəli tam orta məktəbdə fiziki əngəlli (autizm) şagirdlərdən ibarət sinifin buraxılış tədbiri keçirilib. Tədbirdə Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 117 nömrəli tam orta məktəbin direktoru Vələddin Nurəddinov, direktor müavinləri, valideynlər iştirak etmişlər. Tədbirin sonunda Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev şagirdlərə müxtəlif hədiyyələr təqdin edib və onlara gələcək təhsillərində uğurlar diləyib. Tədbirdə iştirak edən valideynlər övladlarına göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi