Həmidə xanım Cavanşir

" Şuşa ili" nə həsr olunmuş tədbirlər çərçivəsində məktəbin 6 g sinfi sinif rəhbəri Həsənova Rəsmiyyənin rəhbərliyi ilə məşhur Azərbaycan xeyriyyəçisi, maarifçi, yazar Həmidə xanım Cavanşirin həyatını əks etdirən tədbir keçirmişlər. Həmidə xanım tarixçi Əhməd bəy Cavanşirin qızı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi, yazıçı Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur. Tədbir zamanı şagirdlər Həmidə xanımın 1905-ci illərdə aclıq zamanı gördüyü xeyriyyə işlərindən, 1912-ci ildə Qarabağda açdırdığı təhsil ocağından və s. məlumatlar verdilər. Daha sonra şagirdlərin tədbirə həsr olunmuş rəsm əsərləri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi