Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva dərslərində göstərdikləri fəallığa görə evdə təhsil alan  VIII sinif şagirdi Aytac Həziyeva və I sinif şagirdi Ləman Səfərlinin qonağı olmuşdur. Görüşdə məktəbin psixoloqu Fəridə Hüseynova da iştirak etmişdir. Gələcəyimiz olan uşaqları təkcə  qorumaqla müdafiə edə bilmərik, onlar bizim hər zaman diqqətimizdə olduqlarını hiss etməlidirlər.Çünki onlar Azərbaycanın gələcəyinin təminatçıları, bizlərin isə davamçılarıdır. Gəlin gələcəyimizi, varlığımızı, dövlətçiliyimizi, vətənə olan sevgimizi uşaqlara öyrətməklə onların keçmişini, bu gününü və gələcəyini daima müdafiə edək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi