Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə “Bakı Elm Olimpiadası" keçirilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə “Bakı Elm Olimpiadası" keçirilmişdir.

Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, praktik və yaradıcılıq bacarıqlarını daha da artırmaq, onların inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.

30 aprel 2022 ci il tarixdə “Bakı Elm Olimpiadası”nın ilk mərhələsinin nəticələrinə əsasən məktəbimizin komandası yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak hüququ qazanmışdır. Məktəbimizi 9-cu sinif şagirdi Hüseynov Elman,10-cu sinif şagirdləri Qasımova Zümrüd, Seyfullayev Eloğlan təmsil etmişdir.Şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi