"Coca-Cola Məktəbli Kuboku" turnirinin final oyunu keçirilib

26 aprel 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 237 nömrəli məktəbin bazasında Xəzər rayon məktəbliləri arasında "Coca-Cola Məktəbli Kuboku" turnirinın final oyunu keçirilmişdir.

Qalib komandalara Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən qiymətli hədiyyələr və Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.

30 məktəb arasında keçirilən yarışda 117 nömrəli tam orta məktəbin futbol komandası mükəmməl oyun göstərərək rayon finalına kimi yüksəlmiş və 2-ci yerə layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi