Qocyu-Ryu Karate-Do, Kempo-Ryu və Kobudo növləri üzrə Açıq Respublika Birinciliyi keçirilib

Qobustanda Vətən müharibəsi qəhrəmanı, şəhid Elyar Vəliyevin və rayon şəhidlərinin xatirəsinə həsr olunmuş karatenin Qocyu-Ryu Karate-Do, Kempo-Ryu və Kobudo növləri üzrə Açıq Respublika Birinciliyi keçirilib.

Birincilikdə 25-35 yaş arası idmançılar arasında 65kq çəki dərəcəsində mübarizə aparan məktəbimizin fiziki tərbiyə müəllimi Ülvi Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Qeyd edək ki , Ülvi Əhmədov yarışın qalibi olaraq may ayında Bakıda keçiriləcək Dünya Çempionatına vəsiqə qazanıb. Müəllimimizə növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi