“Coca-Cola Məktəbli Kuboku” turnirinin Xəzər rayon zona birinciliyi keçirildi

20 aprel 2022-ci il tarixində Təhsil Nazirliyi və "Coca-Cola" şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin Xəzər rayon zona birinciliyi keçirildi. Keçirilən yarışda Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev də iştirak etmişdir. Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, onların ustalığının yüksəldilməsi, klublarda hazırlanması və yığma komandalara cəlb olunması məqsədilə keçirilən turnirdə Xəzər rayonunun 7 məktəbi iştirak etdi. Final oyununda 117 nömrəli tam orta məktəbin komandası rəqib komandalarla mübarizədə I yerə layiq görüldü. Bu münasibət ilə komandanın rəhbəri Ülvi Əhmədovu və şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi