Xəzər rayonunda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi

14 aprel 2022-ci il tarixində VIII-X sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi. Tədbirdə Dövlət himni səsləndirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlarda qeyd olundu ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd gənclərdə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək, çağırışçı gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. Yarışda S. Abbasov adına 117 nömrəli tam orta məktəbin komandası birincilik əldə edərək şəhər mərhələsinə vəsiqə qazandılar. Bu münasibət ilə məktəbin hərbi rəhbəri Natiq Qəmbərovu və komandasını təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi