Aşıq Ələsgər

2 mart tarixində 8b sinfində ədəbiyyat fənnindən Aşıq Ələsgərin "Dağlar" mövzusu üzrə açıq dərs baş tutdu.

Dərs qruplarla iş formasında həyata keçirildi. Qruplar Aşıq Ələsgərin şeirləri əsasında adlandırılmışdı.

Dərs prosesində Şövkət Ələkbərovanın ifasında Səməd Vurğunun müəllif olduğu və Emin Sabit oğlunun bəstəsi olan "Dağlar" mahnısı səsləndi.

Aşıq Ələsgərin müəllif olduğu "Dağlar" şeiri vətənə məhəbbət, ana yurdun ucalığı, əzəmətindən doğan qürür hissinin əksi ilə yaddaşlarda iz qoyub.

Dərsin məqsədi şagirdlərin mövzu ilə bağlı fikirlərini müxtəlif üslublarda bildirməsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi