Bədən Tərbiyəsi və İdman günü

Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən Xəzər Gənclər Evində 5 Mart Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə yekun tədbir keçirilmişdir. Tədbirdə Xəzər rayon ümumtəhsil müəssisələrinin bədən tərbiyəsi müəllimləri iştirak etmiş və fəaliyyətləri ilə fərqlənən müəllimlər diplomla təltif olunmuşdur. Tədbir Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükutla yad etməklə başlamışdır. Tədbir zamanı Xəzər Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev çıxış etmiş, hər kəsi 5 Mart Bədən tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik etmiş, bundan sonrakı kariyeralarında uğurlar arzu etmişdir. Daha sonra müəllimlər çıxış edərək öz ürək sözlərini həmkarlarına çatdırmışlar. Tədbirdə məktəbimizin fiziki tərbiyə müəllimləri Ülvi Əhmədov və Mahmudov Rəsul idman və bədən tərbiyəsində naliyyətlərinə görə təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi