Beynəlxalq Qadınlar Günü

Bu gün 8 Mart " Beynəlxalq Qadınlar Günü" münasibəti ilə tədbir keçirilmişdir. Tədbirin qonaqları məktəbin adını daşıdığı, 20 Yanvar şəhidi Sabir Abbasovun bacısı, II Qarabağ Müharibəsi zamanı qəhrəmancasına şəhid olan Aslan Abbasov və Sənan Hüseynovun anası, Habil Cahangirovun həyat yoldaşı olmuşdur. Tədbir dövlət himni səsləndikdən sonra, vətənin azadlığı, bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək davam etdi. Şagirdlərin ifasında şeirlər və musiqilər ifa olundu. Daha sonra peşə təmayüllü siniflərin - qənnadçı və aşbaz qrupunun açdığı süfrə arxasında səmimi söhbətlər aparılaraq keçmiş xatirələr bir daha yad edildi.

Dövlətimiz və cəmiyyətimiz hər zaman şəhid ailələrinin yanında olmuşdur. Tədbirimizin də əsas məqsədi bu hiss və düşüncələri gələcək, yeni nəslə aşılamaqdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi