Ana dilimizi sevək və qoruyaq

Ana dili -bizim ruhumuz, eşqimiz, canımızdır,

Ana dili -bir-birimizə əhdi peymanımızdlr.

Dil hər bir xalqın maddi və mənəvi irsini simvolizə edən və onu formalaşdıran ən güclü vasitədir. 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur. 1999 -cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21 -i Beynəlxalq Ana Dili Günü kimi elan olunmuşdur.Məhz həmin ildən Respublikamızda da bu günü təntənə ilə bayram edirlər.Bu gözəl gün münasibətilə məktəbdə "Ana dilimizi sevək və qoruyaq" adı ilə məktəbin şagirdləri , Ana dili və ədəbiyyat müəllimləri Nailə Hüseynova, Gülnar Dadaşova, Ülviyyə Cəfərovanın iştirakı ilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Vələddin Nurəddinov Ana dili Günü haqqında ətraflı məlumat verərək, şagirdləri ana dilimizin saflıgını qorumaga səslədi. Sonra şagirdlərin ifasında şeirlər ,musiqi nömrələri və səhnələr səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi